İsrail Fransanın 27 parlamentarisinə qadağa qoydu

Bu gün, 11:44           
İsrail Fransanın 27 parlamentarisinə qadağa qoydu
İsrail dövləti Fransanın 27 deputat və senatorunun vizasını, səfərə cəmi iki gün qalmış, ləğv edib.
İqtisadiyyat.az xəbər verir ki, aprelin 20-dən 24-dək İsrail və Fələstin ərazilərinə səfər planlaşdıran sol təmayüllü fransız parlamentarilərinin vizalarının ləğvi Fransa ictimaiyyətində və siyasi dairələrində ciddi narazılıqla qarşılanıb.

Yerli media bu qərarın iki ölkə arasında diplomatik gərginliyi daha da artırdığını yazıb.

Fransanın konsulluğu tərəfindən rəsmi dəvətlə yola düşməli olan nümayəndə heyətində Fransua Ruffin, Aleksis Korbye (La France Insoumise), Jüli Ozenne (yaşıllar), Sumya Buruaha və senator Marian Marqat (kommunist) da yer alırdı.

Səfərin məqsədi Fələstin rəsmiləri ilə görüşlər keçirərək regionda sülh təşəbbüslərini dəstəkləmək və beynəlxalq dialoqu genişləndirmək idi. Qeyd edək ki, bu missiya artıq 35 ildir həyata keçirilən parlament diplomatiyasının bir hissəsi kimi qəbul olunur.

İsrailin Daxili İşlər Nazirliyi isə açıqlamasında bəyan edib ki, bu qadağa İsrail dövlətinə qarşı yönəlmiş fəaliyyətlə əlaqədar tətbiq olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.