Qadının Bakı metrosunda qəribə hərəkəti – VİDEO

22-04-2025, 10:44           
Qadının Bakı metrosunda qəribə hərəkəti – VİDEO
Sosial şəbəkələrdə Bakı metrosunda sərnişinlərdən birinin lüzumsuz səbəblə “sərnişin-maşinist” rabitəsindən istifadə etməsi ilə bağlı görüntülər yayılıb.

TEREF “Qafqazinfo”ya istinadən xəbər verir ki, kadrlarda xanım sərnişin maşinistlə rabitədən bir neçə dəfə istifadə edərək ona suallar ünvanlayır.

Sərnişini maraqlandıran məqam isə rabitə düyməsindən gərəksiz istifadə etdiyi üçün onu hansı cəzanın gözləməsidir:

Məlumat üçün qeyd edək ki, bu, Nazirlər Kabinetinin təsdiqi ilə Bakı Metropolitenində qadağan olunan hərəkətlər siyahısında yer alıb. Belə ki, sözügedən təlimatın 5.26-cı bəndində zərurət olmadıqda “sərnişin-maşinist” rabitəsindən istifadə etmək qadağan edilmiş hərəkət hesab olunur.

O ki qaldı sərnişinin sualına, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsi ilə icraedicinin 200 manat məbləğində cəriməsi nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru