Milyonlarla istifadəçi “WhatsApp” messencerinə girişdən məhrum olacaq

11-12-2019, 00:01           
Milyonlarla istifadəçi “WhatsApp” messencerinə girişdən məhrum olacaq
Milyonlarla istifadəçi “WhatsApp” messencerinə girişdən məhrum olacaq

"WhatsApp" messenceri "Windows Phone" əməliyyat sistemi, "Android" və "iOS" platformalarının köhnə versiyalarının idarəetməsi altında işləyən cihazlarda işləməyəcək. Bu haqda "Daily Mail" qəzeti məlumat verib.



Teref.az yazır ki, "ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, sözügedən messencer "Windows Phone" mobil əməliyyat sistemində 2019-cu il dekabrın 31-də öz işini dayandıracaq. Həmçinin 2020-ci ilin fevralın 1-dən etibarən messencer "Android 2.3.7"-dək və "iOS 9"-dək olan versiyalarda işləməyəcək. Qəzetin məlumatına görə, milyonlarla istifadəçi "WhatsApp" messencerinə girişdən məhrum olacaq.



Sözügedən messencer "Android 4.0.3" və "iOS 9" versiyalarından başlayaraq digər versiyaların idarəetməsi altında işləyən qurğularda əlçatan olacaq. Şirkətin nümayəndəsi izah edib ki, bu məhdudiyyətlər messencerin imkanlarının gələcəkdə genişləndirilməsinin qeyri-mümkünlüyü ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru