Makrondan İrana: Dərhal azad edin!

11-12-2019, 07:59           
Makrondan İrana: Dərhal azad edin!
Fransa Prezidenti Emmanuel Makron İranda saxlanılan 2 fransalının dərhal azadlığa buraxılmasını tələb edib.

Axar.az xəbər verir ki, Makron Fransa vətəndaşlarının saxlanılmasının qəbuledilməz olduğunu bildirib.

“Bu gün Beynəlxalq İnsan Haqları günüdür. Mənim düşüncələrim Fariba Adelha və Rolan Marşalemlə, həmvətənlərimizlə, onların ailələri ilədir. Onlar dərhal azadlığa buraxılmalıdır”, - deyə prezident bildirib.

Qeyd edək ki, Makronun adını sadaladığı alimlər ikili vətəndaşlığa (Fransa və İran) sahibdirlər. Onlar İranın milli maraqlarına zidd fəaliyyətdə ittiham edilirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru