Kanadada naməlum şəxs avtomobillərə atəş açıb, üç nəfər yaralanıb

21-12-2019, 07:36           
Kanadada naməlum şəxs avtomobillərə atəş açıb, üç nəfər yaralanıb
Kanadanın Toronto şəhərindəki magistral yolda naməlum şəxs hərəkət edən avtomobillərə atəş açıb.

“Report” xəbər verir ki, bu barədə “Global News” kanalı məlumat yayıb.

Qeyd olunub ki, silahlı insident nəticəsində bir neçə nəfər xəsarət alıb. Belə ki, polis əməkdaşları magistral yolun kənarında dayanan avtomobildə güllə yarası alan üç nəfəri aşkar ediblər.

İkisi kişi və biri qadın olan yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Polis atəş açan silahlı şəxsi axtarır. Hadisə ilə əlaqədar magistral yol bir neçə saat nəqliyyatın hərəkəti üçün bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru