Kim Çen In hərbçilərə "mürəkkəb daxili və xarici vəziyyət" haqqında danışıb

22-12-2019, 10:03           
Kim Çen In hərbçilərə "mürəkkəb daxili və xarici vəziyyət" haqqında danışıb
Koreya Xalq Demokratik Respublikasının lideri (KXDR) Kim Çen In Koreyanın Əmək partiyasının mərkəzi hərbi komitəsinin iclasında iştirak edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib.

Qeyd edilir ki, KXDR lideri hərbçilərə "mürəkkəb daxili və xarici vəziyyət" haqqında danışıb.

"Ali lider Kim Çen In iclasın gedişatında mürəkkəb daxili və xarici vəziyyəti təhlil edib və bildirib ki, iclas çərçivəsində ölkənin silahlı qüvvələrinin gücləndirilməsi üzrə əhəmiyyətli təşkilati, siyasi tədbirlər və hərbi addımlar barədə qərarlar qəbul ediləcək", - deyə agentlik bildirib.

Qeyd edək ki, son vaxtlar ABŞ, Yaponiya və Cənubi Koreya KXDR-ə Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə danışıqlar masası ətrafına əyləşməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru