Pompeodan İsrail və Fələstinə "ciddi" çağırış

23-12-2019, 00:00           
Pompeodan İsrail və Fələstinə "ciddi" çağırış
"ABŞ ümid edir ki, İsrail və Fələstin münaqişəni həll etmək üçün, nəhayət ki, ciddi bir söhbətə başlayacaq."...

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo “CSN” radiosuna verdiyi müsahibədə deyib.

“Ümid edirik ki, belə olacaq, israillilər və fələstinlilər danışıqlar masasına oturacaqlar. Tərəflərin mürəkkəb məsələləri həll etməyə hazır olan liderlərə sahib olmaları lazımdır. Bir sıra söhbətlərdə qarşılıqlı münasibətlərə hazır olmalıdırlar. Həqiqətin ağırlığı odur ki, münaqişənin qanuni həlli yoxdur. Beynəlxalq hüquqa görə, kimin haqlı və ya yanlış olduğu barədə arqumentlər sülh gətirməyəcək. Bu, yalnız israillilər və fələstinlilər arasında həll edilə bilən çətin bir siyasi problemdir”, - deyə Pompeo bildirib.

Dövlət katibinin sözlərinə görə, ABŞ danışıqların təşkili üçün kömək etməyə hər zaman hazırdır: “Biz əlimizdən gələni edirik. Tərəfləri birlikdə işləməyə çağırırıq, nəticələr İsrail üçün təhlükəsizliyi təmin etməlidir. Fələstinlilər haqqında da eyni şey söylənməlidir, nəticələr onlar üçün də faydalı olmalıdır. Ümid edirik ki, tərəflər ciddi bir söhbətə başlayacaqlar. Dünyanın axtardığı son çıxış yoluna çatacağımızı səbirsizliklə gözləyirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.