Suriyanın paytaxtı raket hücumlarına məruz qalıb

23-12-2019, 03:40           
Suriyanın paytaxtı raket hücumlarına məruz qalıb
Dəməşqdə partlayış səsləri eşidilib. Suriyanın dövlət televiziyası hava hücumundan müdafiə sistemlərinin raket zərbələrini dəf etməsi barədə məlumat yayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, gecə saatlarında Dəməşqdə azı iki güclü partlayış olub.

“Suriyanın hava hücumundan müdafiə sistemləri Dəməşqdə raket zərbələrinin qarşısını alıb, raketlər ölkənin işğal olunmuş ərazilərindən atılıb”, - deyə dövlət kanalı olan “Ikhbariya” xəbər verib.

Telekanalın məlumatına görə, raketlərdən biri Dəməşqdən 20 km cənub-şərqdə Akraba kəndi ərazisinə düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru