Gürcü nazirdən Rusiyaya sərt ittihamlar - "Bizdə rus təbliğatı keçməz, çünki gürcüləri öldürmüsünüz"
10-12-2015, 11:24
"Son 25 il ərzində əllərində NATO və AB bayraqlarını tutan qardaşlarımız, atalarımız və yaxınlarımız Rusiya işğalının qurbanları olub."
Avropa.info xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Gürcüstanın madafiə naziri Tinatin Xidaşeli mərkəzi ofisi Vaşinqtonda yerləşən "Strategiya və Beynəlxalq Tədqiqatlar Mərkəzində" (CSIS) çıxışı zamanı bildirib.
"Rusiyanın 25 ildir Gürcüstana qarşı apardığı siyasəti tənqid edən xanım nazir, ölkədə rus işğalının davam etdiyini və Gürcüstan vətəndaşlarının bundan narahat olduğunu deyib.
Rus təbliğatı Gürcüstanda daimi ola bilməz və bizim ölkədə bu keçməz. Çünki ruslar Gürcüstanda çox ailədən insanları öldürüblər.
Tiflisdən bir neçə kilometr məsafədə Rus tankları var. İşğal edilmiş Cənubi Osetiyadan vətəndaşlarımız qaçırılır və ancaq cərimə ödədikdən sonra sərbəst buraxırlar."