Trampa növbəti zərbə: İmpiçment təhqiqatında ifadə verə bilər

7-01-2020, 07:55           
Trampa növbəti zərbə: İmpiçment təhqiqatında ifadə verə bilər
ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton Donald Trampın impiçment prosesində ifadə verməyə hazırdır.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə “Ağ ev” dən açıqlama verilib. Bildirilib ki, müraciət olunarsa, Bolton ifadə verməkdən imtina etməyəcək.

Xatırladaq ki, iddialara görə, prezident Donald Tramp Zelenski ilə telefon danışığı zamanı demokratların nümayəndəsi, prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı ticarət fəaliyyətinin araşdırılmasını tələb edib. Əvəzində isə “Ağ ev” rəhbəri Kiyevə dəstək sözü verib. İddia edilir ki, Tramp bu yolla rəqibinə siyasi zərbə vurmaq istəyib.

Telefon danışığının mətni mətbuata sızandan sonra demokratlar “Ağ ev” rəhbərinin impiçmentini tələb edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.