Xamenei “Qüds” briqadasına əlavə 200 milyon avro ayırdı
7-01-2020, 17:47
İran SEPAH-ın “Qüds” briqadasının büdcəsini 200 milyon avro artırıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran parlamenti qərar qəbul edib. Bildirilir ki, qərar Ali dini lider Əli Xameneinin təlimatına əsasən qəbul edilib.
Parlamentdə çıxış edən spiker Əli Laricani “Qüds gücü”nün ABŞ-a qarşı dirənişin məsuliyyətini üzərinə götürən əsas qüvvə olduğunu bildirib.
Vəsaitin Milli İnkişaf Fondundan ayrıldığı vurğulanıb.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə ilə öldürülüb.