Tramp NATO-ya yeni ad təklif edərək alyansı Yaxın Şərqdə fəaliyyətini genişləndirməyə çağırıb

10-01-2020, 09:07           
Tramp NATO-ya yeni ad təklif edərək alyansı Yaxın Şərqdə fəaliyyətini genişləndirməyə çağırıb
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, NATO Yaxın Şərqdəki fəaliyyətini genişləndirməli və regiona qoşunlarını yerləşdirməlidir.

Bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

"Düşünürəm ki, Yaxın Şərq ərazisi də daxil olmaqla, NATO fəaliyyətini genişləndirməlidir. Elə indi yük bizim üzərimizə düşür və bu haqsızlıqdır”, - ABŞ lideri deyib.

O, həmçinin alyans üçün yeni adı təklif edib — NATOME (NATO və Yaxın Şərq regionunun ingiliscə tərcüməsinin (Middle East) baş hərfləri ilə-red).

Bundan başqa, ABŞ prezidenti qeyd edib ki, NATO-nun baş katibi Yens Stoltenberq onun təklifindən həyəcanlanıb".

Qeyd edək ki, Tramp və Stoltenberq yanvarın 8-də telefonla Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər. Dövlət başçısı və alyans rəhbəri alyansın regionda sabitlik və beynəlxalq terrorizmlə mübarizə üçün daha çox şey edə biləcəyi ilə bağlı ortaq mövqeyə gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru