Rusiya maliyyə naziri həyacan təbili çalır- "Neft 30 dollar və daha aşağı olacaq"

12-12-2015, 21:36           
Rusiya maliyyə naziri həyacan təbili çalır- "Neft 30 dollar və daha aşağı olacaq"
2016-cı ildə neft qiymətləri müvəqqəti olaraq bir barel üçün 30 dollar səviyyəsinə enəcək.

AzVision.az `TASS`-a istinadən xəbər verir ki, bu barədə Rusiya maliyyə naziri Anton Siluanov bildirib.

“Ola bilsin ki, müəyyən dövrlərdə bu olacaq, ola bilsin neft qiymətləri 30 dollardan da aşağı olacaq. Biz bilmirik”, - deyə Silunov vurğulayıb.

Nazir əlavə edib ki, makroiqtisadi vəziyyət dəyişib: “Biz büdcədə neftin qiymətini 50 dollardan götürmüşük, indi isə qiymət 36-37 dollar arasında dəyişir. Bundan sonra olacaqlar qeyri-müəyyəndir”.

Siluanov, həmçinin çətin dövrlərə hazır olmağa da çağırıb: “Bir il əvvəl, əgər bizə desəydilər ki, neft 40 dollardan aşağı olacaq, yəqin ki, hamı sadəcə gülərdi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.