Rusiyasayağı demokratiya – Putindən sensasion qərar
15-12-2015, 19:37
Rusiya prezidenti Vladimir Putin daha bir sensasion qərara imza atıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Putin Rusiya Konstitusiya Məhkəməsinə beynəlxalq məhkəmələrin qərarlarını icra etməmək səlahiyyəti verib.
Bundan sonra Avropa Məhkəməsi və bu tip beynəlxalq instansiyaların qərarları Rusiya Konstitusiyası ilə ziddiyyət təşkil edəcəyi təqdirdə, onların icrasından imtina olunacaq.
Bundan bir müddət əvvəl Rusiya prezidenti bu qərarının anonsunu vermişdi. Bildirmişdi ki, Konstitusiya Məhkəməsinə belə bir səlahiyyətin verilməsini vacib sayır.