Qarabağ separatçıları xarici tədbirlərə hansı pasportla qatılır?

6-02-2020, 00:01           
Qarabağ separatçıları xarici tədbirlərə hansı pasportla qatılır?
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin nümayəndələri xarici ölkələrdə keçirilən tədbirlərdə təcavüzkar Ermənistanın pasportları ilə qatılırlar.

Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Hindistanın RİS İnstitutu tərəfindən elm diplomatiyası mövzusunda təşkil edilən kursda Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimin nümayəndəsinin iştirakı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

"Lakin təşkilatçı qurumların vəzifələrinə, həmçinin tədbirdə iştirak edən şəxslərin tədbirlərin gündəliyindən sui-istifadə edərək hər hansı qeyri-qanuni təbliğatla məşğul olmlarına icazə verməmək daxildir. Hindistanın rəsmi mövqeyi bəllidir, bu həm ikitərəfli, həm də çoxtərəfli platformalarda hər zaman səsləndirilir. O ki qaldı RİS İnstitutunun təşkil etdiyi tədbirdə separatçı rejimin təşviq olunması cəhdlərinə, bu, Hindistan ərazisindən istifadə edərək qeyri-qanuni təbliğat cəhdindən başqa bir şey deyildir", - XİN rəsmisi bildirib.\\Axar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.