ABŞ-dan Türkiyəyə: “Təcili geri çəkil”

17-12-2015, 12:15           

ABŞ-ın vitse-prezidenti Co Bayden ilə İraqın Baş naziri Heydər Abadi arasında telefon danışığı baş tutub.
Axar.az-ın məlumatına görə, Ağ Evdən verilən açıqlamada iki ölkə rəsmisinin terrorçuların Mosulun Beşika düşərgəsinə hücumunu müzakirə etdiyi açıqlanıb.
Bayden Türkiyə hərbçilərinin yerləşdirilməsinə İraqdan müsbət cavab almadıqları üçün Ankaranı təcili geri çəkməyə çağırıb.
“Hər iki lider Türkiyənin öz əsgərlərinin bir hissəsini geri çəkməsini məmnuniyyətlə qarşılayıb və prosesin davam etməsinin vacibliyi qeyd edilib. Ayrıca, İraqda xarici bir qüvvənin yerləşdirilməsinin yalnız Bağdadın icazəsi və koordinasiyası ilə mümkün olacağı təkrarlanıb. Bayden ölkəsinin İraqın suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini qeyd edərək, Türkiyəyə qüvvələri geri çəkməsi üçün müraciət edib”, – açıqlamada qeyd olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.