İrandan BMT-yə raket etirazı

17-12-2015, 13:01           
İrandan BMT-yə raket etirazı
İran raket proqramına hər hansı məhdudiyyəti qəbul etməyəcək. Bunu İranın müdafiə naziri Hossein Dehghan dekabrın 16-da deyib. Daha öncə BMT ekspertləri Tehranın BMT-nin raket sanksiyalarını pozduğu qənaətinə gəlmişdi.

“Emad-ı sınaqdan keçirməklə dünyaya göstərmək istədik ki, İslam Respublikası yalnız öz maraqları çərçivəsində hərəkət edəcək və heç bir ölkə bizə öz iradəsini sırıya bilməz”, nazirliyin vebsaytında Dehghan-dan belə bir sitat yer alıb.

Dehghan Emad-ı “adi raket” adlandırıb. İran bu raketin nüvə silahı daşımaq üçün hazırlanmadığını və bu məqsədlə istifadə olunmayacağını deyir.

“Yekun nüvə sazişindən sonra biz raket sınaqlarını, istehsalı və tədqiqatları bircə gün, bircə saat və ya bircə saniyə belə dayandırmamışıq”, nazir deyib.

BMT ekspertləri belə bir qənaətə gəliblər ki, İran həmin raket sınağı ilə BMT qətnaməsini pozub. ABŞ Təhlükəsizlik Şurasını sanksiyaların tətbiqi üçün tədbir görməyə çağırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.