Səudiyyə Ərəbistanı ümrə ziyarətini müvəqqəti olaraq dayandırıb

27-02-2020, 10:23           
Səudiyyə Ərəbistanı ümrə ziyarətini müvəqqəti olaraq dayandırıb
Səudiyyə Ərəbistanı koronavirusa görə Məkkə və Mədinədə həyata keçirilən ziyarətləri müvəqqəti olaraq dayandırıb.

SalamNews bu barədə Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla məlumat verir.

Bildirilib ki, koronavirusun yayılmaması üçün Səudiyyə Ərəbistanı hökuməti bir sıra qabaqlayıcı tədbirlərə start verib və bu məqsədlə xaricdən ümrə ziyarəti və Mədinə şəhərinin ziyarəti üçün gələnlərin girişinə məhdudiyyətlər qoyulub.

Səudiyyə Ərəbistanın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, ziyarət üçün ölkəyə girişə qoyulan məhduddiyyətin müvəqqəti olduğunu, turizm vizası ilə ölkəyə gələnlərin girişinə də məhdudiyyətlərin tətbiq edildiyini, hətta Körfəz Əməkdaşlıq Şurası ölkələrinin vətəndaşlarının Səudiyyə Ərəbistanına girişinə də müəyyən qadağaların tətbiq edildiyi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru