Belarus Ukrayna ilə Rusiyaya qarşı birləşdi – Nefti Azərbaycandan alacaq

27-02-2020, 15:59           
Belarus Ukrayna ilə Rusiyaya qarşı birləşdi – Nefti Azərbaycandan alacaq
Belarus Rusiya neftinə görə Ukrayna ilə birləşib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Vzqlyad” nəşri yayıb.

Belarusun “Belneftexim” Dövlət Konserninin sədri Vladimir Sosov Belarusun Ukraynadan mart ayında neft idxalına başlamaq niyyətində olduğunu bəyan edib.

“Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko dəqiqləşdirib ki, tədarükçü Azərbaycan Dövlət Neft Şirkəti olacaq, ümumi həcmi 160 min ton neft isə “Odessa — Brodı” neft kəməri ilə nəql ediləcək.

O, həmçinin bildirib ki, Rusiya nefti 2020-ci ilin əvvəlindən Belarusa yalnız biznesmen Mixail Qutseriyevin “Safmar” şirkəti tərəfindən göndərilir. Onların heç biri əvvəllər Belarusa neft göndərməyib.

Rusiya Hökumətinin və Milli Enerji Təhlükəsizliyi Fondunun yanında Rusiya Dövlət Universitetindən Stanislav Mitraxoviçin sözlərinə görə, Azərbaycan neftinin Ukrayna ərazisindən tranziti, nəqlinin mürəkkəbliyinə görə Belarus üçün Rusiya neftindən 10-15 dollar baha olacaq:

“Azərbaycandan neft Gürcüstandan Qara dənizə çıxarılır, tankerlərlərlə Odessaya göndərilir və yalnız orada neft kəmərinə yüklənir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru