Gələn həftədən bütün məktəblər BAĞLANACAQ - Koronavirus təhlükəsi

27-02-2020, 18:06           
Gələn həftədən bütün məktəblər BAĞLANACAQ - Koronavirus təhlükəsi
Yaponiyada məktəblər bağlanır.

Publika.az xəbər verir ki, buna səbəb yeni tip koronavirusun kütləvi hal almasıdır.

“Kyodo”nun xəbərinə görə, Baş nazir Şinzo Abe gələn həftənin bazar ertəsindən etibarən ölkə miqyasında bütün məktəb və liseylərin tətilə gedəcəyini bildirib.

Beləliklə, Yaponiyada mart ayının sonunda başlanacaq yaz tətilinə qədər məktəblər bağlı olacaq.

Yaponiya Təhsil Nazirliyi qərarın 34 min 847 məktəbdə oxuyan 12,8 milyon şagirdə şamil olunacağını açıqlayıb.

Qeyd edək ki, Yaponiyada koronavirusdan ölənlərin sayı 8-ə çatıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.