Litva hökuməti ölkədə fövqəladə vəziyyət elan etdi - Koronavirusa görə

28-02-2020, 00:41           
Litva hökuməti ölkədə fövqəladə vəziyyət elan etdi - Koronavirusa görə
Litvada koronavirusun yayılma təhlükəsinin qarşısını almaq məqsədilə Litva hökuməti fövqəladə vəziyyət elan edib.

Azərtac xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Litva hökuməti bu səbəbə görə, Dövlət Fövqəladə Hallar Operativ Mərkəzini yaratmaq qərarına gəlib. Qeyd edilir ki, bu mərkəzə Səhiyyə naziri Aureliyus Veriqa rəhbərlik edəcək.

Səhiyyə nazirinin müavini Alqirdas Şemelqis COVID-19 virusuna yoluxanların sayının artması və Avropada yayılması faktını nəzərə alaraq, bu qərarın vacibliyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru