Rusiyadan İstanbul görüşünə qəribə - Reaksiya

28-02-2020, 09:06           
Rusiyadan İstanbul görüşünə qəribə - Reaksiya
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ankara və Moskvanın İdlib müzakirələrinə Fransa ilə Almaniyanın da qoşulması təkliflərini şərh edib.

Axar.az xəbər verir ki, Zaxarova bu təkliflərin xeyli suallar doğurduğunu, belə bir iştirakın ziddiyyətlər yaratdığını bildirib.

“Hazırda görüşlər keçirilir və bir neçə gün davam edəcək. Düzünə qalsa, bölgədəki vəziyyətlə birbaşa təsir əlaqəsi olmayan ölkələrin belə bir görüşdə iştirakı müəyyən suallar yaradır. Belə bir iştirak nəyə lazım? Bu qədər... Biz fərqli təkliflərə hazırıq, lakin bu təkliflərin açıqlanması lazımdır. Yəni, bunun mənası, dəyəri nədən ibarət olacaq?” - deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, martın 5-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron arasında görüş baş tutacaq.

Bu görüşdə əvvəlcə Rusiya Prezidenti Vladimir Putinin də iştirak edəcəyi deyilsə də, sonra Kreml sözçüsü Peskov bu məlumatı təkzib edərək, hələlik görüşün Rusiya üçün gündəmdə olmadığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru