Ukrayna Qələbə gününü qeyd etməkdən imtina edib

29-02-2020, 09:43           
Ukrayna Qələbə gününü qeyd etməkdən imtina edib
Ukrayna hökuməti 9 May Qələbə gününü qeyd etmək niyyətində deyil.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu "Ukrayna 24" telekanalına müsahibəsində Ukraynanı Xarici İşlər naziri Vadim Pristayko deyib.

"Bizim mövqeyimiz olduğu kimi qalır – xeyr, biz 9 Mayı qeyd etmək niyyətində deyilik. Biz, bütün Avropa qitəsi kimi, 75 il sonra bu faciənin niyə baş verdiyini anlamağa və bir-birimizi bağışlamağa hazırıq. Hesab edirik ki, qeydetmə məhz bu istiqamətdə getməlidir", - deyə nazir bildirib.

Qeyd edək ki, Ukraynada 8 may tarixi anım və barışıq günüdür. Bu bayramı 2015-ci ilin mart ayında təsis edilib. Beləliklə, ölkə faktiki olaraq Qərbi Avropa modelinə – nasist Almaniyası üzərində qələbəni qeyd etmək ənənəsinə qoşuldu. Buna baxmayaraq, Ukraynada 9 may tarixi qeyri-iş günüdür, lakin müharibənin sona çatması ilə bağlı bütün rəsmi tədbirlər mayın 8-də keçirilir.

Xatırladaq ki, 2015-ci ilin may ayından Ukraynada sovet rəmzlərinin təbliğini qadağan edən "Kommunist və nasist rejimlərinin məhkum edilməsi haqqında" qanun qüvvəyə minib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru