Dünyanın ən varlı insanları 444 milyard ABŞ dolları itirdi

29-02-2020, 09:18           
Dünyanın ən varlı insanları 444 milyard ABŞ dolları itirdi
Koronavirusun yayılması fonunda fond birjalarında ciddi azalma səbəbindən bu həftə dünyanın 500 ən varlı insanının ümumi sərvəti 444 milyard ABŞ dolları azalıb.

“Report” xəbər verir ki, bu cür qiymətləndirmələri “Bloomberg” yayımlayıb.

Məlumata görə, dünyanın üç ən zəngin insanı: “Amazon” korporasiyasının başçısı Ceff Bezos, “Microsoft”un həmtəsisçisi Bill Qeyts və LVMH (“Louis Vuitton Moet Hennessy”) fransız şirkətləri qrupunun baş direktoru Bernar Arno ən böyük itkilərə məruz qalıblar. Agentliyin qiymətləndirilmələrinə görə, onların ümumi sərvəti təxminən 30 milyard ABŞ dolları azalıb.

Planetin ən zəngin insanlarının reytinqində 25-ci yeri tutan “Tesla” şirkətinin başçısı İlon Mask şirkətin aksiyaların qiymətinin düşməsindən sonra bu həftə 9 milyard ABŞ dolları itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru