Rusiyalı deputat: “Ərdoğanın tələbi qəbul edilə bilməz”

29-02-2020, 21:34           
Rusiyalı deputat: “Ərdoğanın tələbi qəbul edilə bilməz”
“Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə ilə Suriyanı “təkbətək qoymaq” barədə verdiyi bəyanat hər baxımdan qəbuledilməzdir”.

Reyting.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Xarici İşlər Komitəsi sədrinin birinci müavini Dmitri Novikov bildirib.

Dmitri Novikov əlavə edib:

"Rusiya nümayəndələri Suriyada qanuni hökumət tərəfindən rəsmi tələbə uyğun olaraq fəaliyyət göstərirlər. Ərdoğanın Suriyanın taleyini müəyyənləşdirmək iddialarına gəldikdə, Türkiyə rəhbərliyinin bunun üçün heç bir səlahiyyəti yoxdur. Bu səlahiyyətlər Suriya hakimiyyəti tərəfindən ona verilməyib və BMT-nin heç bir qərarı ilə dəstəklənmir".

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti bununla qonşu dövlətlərə öz şərtlərini diktə etmək iddiasındadır. “Bu cür tələblər yolverilməzdir, çünki bu, Suriyanın daxili siyasi prosesinə birtərəfli müdaxilə deməkdir. Rusiya bu mövqe ilə razılaşa bilməz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.