Daha 2 ölkədə yeni koronovirusa yoluxma halı qeydə alındı

1-03-2020, 08:12           
Daha 2 ölkədə yeni koronovirusa yoluxma halı qeydə alındı
İrlandiyada yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında deyilir.

Məlumatda bildirilir: "İrlandiya Respublikasında COVİD-19-a yoluxma halı təsdiqlənib". Hazırda yoluxan şəxs xəstəxanadadır.
____
Lüksemburqda yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yoluxma halı təxminən İtaliyadan qayıdan 40 yaşında kişidə aşkar edilib.

Bildirilir ki, ilk analiz müsbət nəticə verib və hazırda ikinci analizin cavabı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru