Yaponiyada yük gəmisi batdı - Heyət itkin düşdü

1-03-2020, 11:36           
Yaponiyada yük gəmisi batdı - Heyət itkin düşdü
Yaponiyanın Aomori prefekturasının sahillərində Beliza bayrağı altında üzən “Guoxıng-1” yük gəmisi batıb.

Teleqraf.com xəbər verir ki, balıqçı gəmisi ilə toqquşan yük gəmisinin 13 nəfər heyət üzvü itkin düşüb. Gəminin bütün heyət üzvlərinin əcnəbilərdən ibarət olduğu qeyd edilir. Onların arasında ÇXR, Vyetnam və Filippin vətəndaşlarının olduğu bildirilir. Yalnız bir nəfəri xilas etmək mümkün olub.

Eyni zamanda, göyərtəsində 15 nəfərin olduğu balıqçı gəmisinin sərbəst şəkildə limana qayıtdığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru