Ukrayna hökuməti Rusiya ilə imzalanmış sərbəst keçid müqaviləsini tək tərəfli ləğv edib.
Publika.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, sənəd Ukrayna və Rusiya vətəndaşlarının sərhədi şəxsiyyət vəsiqəsi ilə keçməsinə imkan verirdi.
Sənədin ləğv olunmasından sonra həm rusların həm də ukraynalıların sərhədi keçməsi üçün xarici pasport təqdim etməsi vacibdir.