Sosial şəbəkələrdə Prezidenti lağa qoydular - Koronavirusa görə

2-03-2020, 00:00           
Sosial şəbəkələrdə Prezidenti lağa qoydular -
Gürcüstan prezidenti Salome Zurabişvili koronavirusun təhlükəli olmadığını sübut etmək üçün ictimai nəqliyyatdan istifadə edib.

KONKRET.az xəbər verir ki, xanım Prezident ictimai nəqliyyatdan istifadənin təhlükəsiz olduğunu göstərməyə qərar verib. O, əhaliyə müraciət edib ki, ehtiyat üçün maskadan istifadə etməklə ictimai nəqliyyatdan istifadə etmək olar.

Maskalı Prezidentin fotoları sosial şəbəkələrdə ironiya ilə qarşılanıb. Onun tutacaqlardan yapışmadığı video dərhal məşhurlaşıb və böyük müzakirə mövzusuna çevrilib.

İnternet istifadəçiləri şərhlərdə apteklərdə maskaların olmadığını deyiblər və “Madam Prezidentin özünün harada olduğu ilə maraqlanıblar.

Sakinlər xanım prezidenti lağa qoyan şərhlər də yazıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru