Lavrovla Çavuşoğlu Putin və Ərdoğanın görüşünü müzakirə etdi

2-03-2020, 01:27           
Lavrovla Çavuşoğlu Putin və Ərdoğanın görüşünü müzakirə etdi
Rusiya və Türkiyənin xarici işlər nazirləri - Sergey Lavrov və Mövlud Çavuşoğlu prezidentlər - Vladimir Putinlə və Rəcəb Tayyib Ərdoğanın qarşıdakı görüşünə hazırlığı müzakirə ediblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

"Tərəflər prezidentlər Vladimir Putinin və Rəcəb Tayyib Ərdoğanın qarşıdan gələn görüşünə hazırlığı müzakirə etdi", - nazirlikdən bildirilib.

Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, martın 5-6-da Moskvada Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşünə hazırlıq görülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru