Avropada orduya ən çox pul xərcləyən ölkə hansıdır?

3-03-2020, 22:44           
Avropada orduya ən çox pul xərcləyən ölkə hansıdır?
Latviya dövlət büdcəsində müdafiə xərclərinin payına görə Avropa İttifaqı ölkələri arasında liderdir.

Teleqraf.com xəbər verir k, bu barədə Avropa Statistika İdarəsi (Eurostat) məlumat yayıb.

Məlumata əsasən, Avropa İttifaqı ölkələrinin ümumi daxili məhsulunun orta hesabla 1,2 faizi orduya yönəldiyi halda, bu göstərici Latviya büdcəsində 2,1 faiz təşkil edir.

Ümumi daxili məhsulda müdafiə xərclərinin payı daha çox olan ölkələr arasında ilk üçlüyü Yunanıstan və Estoniya (hər ikisində 2 faiz) tuturlar. Bu göstərici üzrə siyahının sonuncu iki pilləsində İrlandiya (0,3 faiz) və Malta (0,5 faiz) qərarlaşıblar.

Ümumilikdə Avropa İttifaqı ölkələri müdafiə məqsədilə təxminən 162 milyard avro xərcləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru