Tramp yeddi ştatda qələbə qazandı

4-03-2020, 06:08           
Tramp yeddi ştatda qələbə qazandı
ABŞ prezidentliyinə namizəd Donald Tramp Respublikaçılar Partiyasının namizədi kimi yeddi ştatda qələbə qazanıb.

“Report” xəbər verir ki, Massaçusets, Tennesi, Oklohama və Alabama ştatlarında keçirilən partiyadaxili praymerizdə Tramp lider olub.

"Associated Press" bildirib ki, Tramp həmçinin Şimali Karolina, Vermont və Arkanzas praymerizinin də qalibidir.

Amerika lideri özünün "Twitter" hesabından ştatların sakinlərinə təşəkkür edib.

Qeyd edək ki, D. Trampın cəmi iki rəqibi var - Massaçusets ştatın keçmiş qubernatoru Bill Veld və iş adamı Rokki de la Fuente.

Respublikaçılar Partiyası isə Trampın ikinci müddətə namizədliyini dəstəkləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru