Müxalifət liderinin bank hesabları donduruldu – Məşhur milyarder iddia qaldırıb

4-03-2020, 10:25           
Müxalifət liderinin bank hesabları donduruldu – Məşhur milyarder iddia qaldırıb
Rusiyanın müxalifət liderlərindən biri Aleksey Navalnı bildirib ki, özünün, həyat yoldaşının, övladları və valideynlərinin, eləcə də Antikorrupsiya Fondunun (FBK) maliyyə hesabları heç bir izahat verilmədən dondurulub. Məqsəd onu gözdən salmaqdır.
Kremlin sərt tənqidçisi olan Navalnının sözlərinə görə, Rusiya rəhbərliyi ilə güclü əlaqələri olan milyarder Oleq Deripaska ona qarşı naməlum səbəblərdən məhkəmə iddiası qaldırıb.
Navalnı və Jdanov deyirlər ki, onların bank hesablarının onlayn balansı mənfi 75,5 milyon rubl (1,130,000 dollar) göstərib.
Navalnı Prezident Vladimir Putini vəziyyəti idarə etməkdə suçlayıb, onun və həmkarının hesablarını dondurmaqla Kremlin FBK-nın fəaliyyətini əngəlləməyə çalışdığını söyləyib, həm də rusiyalıların çoxunun ölkənin indiki rəhbərliyindən məyus olduğu bir məqamda.
Navalnı və FBK Rusiya məmurlarının dəbdəbəli əmlakı və sərvətini ifşa edən materiallar yayır, onları korrupsiyada suçlayır. Ancaq bu hesabatların heç biri hüquqi təhqiqata yol açmayıb.
İxtisasca hüquqşünas olan Navalnı, Rusiya siyasətinin ən yüksək səviyyəsində korrupsiyanı dəlillərlə sübut etməyə çalışıb. O, FBK-nı 2011-ci ildə təsis edib.Ancaq araşdırmalar dövlət fondundan sui-istifadəylə bağlı ictimai narazılığa səbəb olur. 2017-ci ildə FBK-nın Baş nazir Dmitri Medvedevin sərvətini üzə çıxarması Rusiyada kütləvi yürüşlərə səbəb olub. (azadlıq.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.