ABŞ-ın 20 min əsgəri Avropaya gəldi: Rusiyaya çağırış

6-03-2020, 12:20           
ABŞ-ın 20 min əsgəri Avropaya gəldi: Rusiyaya çağırış
“Avropanın müdafiəçisi 2020” təlimi Rusiyanın özünün pis davranışını dəyişməsi üçün çağırış olacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ Müdafiə naziri Mark Esper deyib. O, təlim üçün artıq Avropaya 20 min ABŞ hərbçisinin gəldiyini bildirib.

Qeyd edək ki, “Avropanın müdafiəçisi 2020” təlimində ABŞ-dan başqa daha 18 ölkə iştirak edəcək. Təlim Almaniya, Gürcüstan, Litva, Latviya, Polşa və Estoniya ərazilərində baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru