Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

Bu gün, 11:44           
Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim etməlidir.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanda öz əksini tapıb.

Fərmana əsasən, Azərbaycan hökuməti bir ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib dövlət başçısına məlumat verməlidir:

- inzibati ərazilərdə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri,

- daşıyıcılara ödəniləcək subsidiyanın hesablanması və ödənilməsi qaydası.

Bundan başqa, Nazirlər Kabineti fərmandan irəli gələn digər məsələləri həll etməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru