Bu kütlə dünyanı “udur” – Mavi planetin ən ucqar nöqtəsi də “istila olundu”

7-03-2020, 00:01           
Bu kütlə dünyanı “udur” – Mavi planetin ən ucqar nöqtəsi də “istila olundu”
Arktikada aparılan son elmi araşdırmalar plastik kütlələrin bütün dünyamızı “udmaqda olduğunu” göstərib.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Arktika üzərində həyata keçirilən hava kəşfiyyatı plastik tullantıların planetimizin ən ucqar nöqtəsinə belə gəlib çatdığını göstərib. Tədqiqatçılar Barents dənizində də bu cür “zibil ləkələri”nin meydana gəldiyini müəyyəmnləşdirib.

Arltikada plastik tullantıların müşahidə edilməsi bütün elm aləmində ciddi həyəcana səbəb olub. Mütəxəssislər bunu dünyamızdakı plastik zəhərlənmə göstəricisinin ən yüksək səviyyəyə çatması kimi dəyərləndirib.


Həmçinin, elm adamları hesab edir ki, plastik tullantıların Arktikaya axını buradakı milyonlarla heyvanın həyatı üçün ciddi təhlükə kəsb edir. Bu səbəbdən də plastik tullantılara qarşı mübarizənin gücləndirilməsi, plastikdən istifadənin kəskin şəkjildə azaldılması və insanlar arasında təbiətə daha həssas və duyarlı münasibətin formalaşdırılması zəruri hesab edilir.


Mütəxəssislərin qənaətincə, əgər təcili və qlobal miqyaslı tədbirlər həyata keçirilməzsə, o zaman plastik kütlələrin bütün dünyanı “udacağı” qaçılmaz olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.