Bəşər Əsəd üçün gözlənilməz təhlükə - İranlılar virusu onun qərargahına daşıdılar

8-03-2020, 00:01           
Bəşər Əsəd üçün gözlənilməz təhlükə - İranlılar virusu onun qərargahına daşıdılar
Suriyada Rusiya, İran və rejimin birgə istifadə etdiyi qərargahda 10 İran əsgərində koronavirus aşkar edildiyi iddia edilib

Suriyada Rusiya, İran və rejimin birgə istifadə etdiyi qərargahda 10 İran əsgərində koronavirus aşkar edilib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, iddiaya görə, 10 İran əsgərində koronavirus müəyyən edildikdən sonra əsgərlər Şamda karantinə alınıb və qərargah isə boşaldılıb.

İran Çində yaranan və qısa müddətdə bütün dünyaya təsir edən koronavirusun ən çox təsir etdiyi ölkələrdən biridir. İranda koronavirusa tutulanlar arasında dövlət məmurlarının və əsgərlərin çox olması diqqət çəkir.

Qeyd edək ki, indiyədək İranda 145 nəfər koronavirusdan həyatını itirib, 5 minədək insan bu xəstəliyə yoluxub. 913-ü sağalaraq evə buraxılıb. Epidemiya səbəbindən məktəblər, universitetlər, idman və sənət fəaliyyətləri 20 marta qədər ləğv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru