ABŞ Kadırovun hesablarını yoxlayır? - Çeçen liderdən reaksiya
8-03-2020, 00:32
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov ABŞ konqresmenlərinin onun iş və bank hesabları ilə maraqlanması barədə xəbərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Kadırov Teleqram kanalında ABŞ Konqresi üzvlərinin Çeçenistan və BƏƏ arasındakı münasibətlərdən narahat olduğunu yazıb.
"Əmirliyin Şeyx Xəlifə Fondu Çeçenistanda bir sıra layihələri maliyyələşdirir. Bu məsələdən dolayıkonqresmenlər Dövlət Departamentinə müraciət ediblər. Onalara cavab veriblər ki, Rusiya Federasiyasından kənarda Kadırovun sahibkarlıq fəaliyyətinin xarakteri barədə məlumat toplamağa davam edəcəklır", - Kadırov qeyd edib.
Çeçenistan rəhbəri konqresmenlərlə Dövlət Departamenti arasındakı yazışmalara əhəmiyyət vermədiyini deyib. O, Rusiyada və xaricdə heç bir biznesi, eləcə də xarici banklarda hesabı olmadığını vurğulayıb.
O əlavə edib ki, BƏƏ fondunun dəstəyi ilə Qroznıda beynəlxalq universitet tikilir və iş yerləri yaradılır. Kadırov Çeçenistanda insan haqlarına "ABŞ-la müqayisədə yüz qat daha yaxşı hörmət edildiyini" diqqətə çatdırıb:
"Dövlət Departamenti və sorğu müəllifləri insan haqlarına görə narahat deyillər. Onlar Çeçeninsatnda sabitliyi, barışı və nizamı pozmaq üçün nə edəcəklərini gecə-gündüz düşünür, xalqın narazılığına, xaosa və iğtişaşlara səbəb olmağa çalışırlar. Lakin bunların heç biri baş verməyəcək".