Çilinin Argentinadakı konsulu koronavirusdan öldü

2-04-2020, 07:10           
Çilinin Argentinadakı konsulu koronavirusdan öldü
Argentinada son bir gündə üç nəfər koronavirusdan ölüb. “Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “Todo Noticias” məlumat verib.

Ölənlərdən biri Çilinin Argentinanın Rosario şəhərindəki konsulu Fernando Labradır.

Çilinin xarici işlər naziri Teodoro Ribera konsulun öldüyünü təsdiqləyib.

Qeyd olunub ki, konsul martın 17-də Argentinaya qayıdıb və üç gün sonra onda virusun ilk simptomları müşahidə olunub. Lakin, diplomat tibbi yardım üçün yalnız 25 martda xəstəxanaya müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru