Rusiya ABŞ-ın iddialarına cavab verdi

28-05-2020, 01:38           
Rusiya ABŞ-ın iddialarına cavab verdi
Rusiyanın Liviyaya MiQ-19 qırıcısı göndərməsi ilə bağlı ABŞ-ın açıqlamaları daha çox səfehliyə bənzəyir.

Redaktor.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurası Müdafiə Komitəsinin sədri Viktor Bondarev bildirib.

“Sözsüz ki, MiQ-29 sovet aviasənayesi tərəfindən yaradılan ən yaxşı cəbhə qırıcılarındandır. Uçuş qaydası sadədir, əməliyyatlarda yormur və olduqca əlverişlidir. Lakin bir neçə qırıcının Liviya sahillərini tutmasının mümkünlüyü xəbəri cəfəngiyyatdır”, - deyə rusiyalı rəsmi bildirib.

Qeyd edək ki, ABŞ-ın Afrika Komandanlığı (AFRİCOM) Rusiyanın Liviyada Xəlifə Haftar komandanlığına qırıcılar göndərməsini əks etdirən fotolar yaymışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru