Gizlətməyə çalışdığı əli Kadırovun sirrini açdı - VİDEO

28-05-2020, 08:56           
Gizlətməyə çalışdığı əli Kadırovun sirrini açdı - VİDEO
Qeyri-rəsmi məlumatlara görə, bir müddət xəstəxanada yatan Çeçenistan prezidenti Ramzan Kadırovun əlində kateter görünüb.

Bu barədə kadrlar “Novaya qazeta”nın “YouTube” kanalında yayımlanıb.

Video “Qroznı” dövlət televiziyası tərəfindən Çeçen Operativ Qərargahın iclasında çəkilib. Kadrlar əvvəl telekanalın “Instagram” hesabında paylaşılsa da, az sonra silinib.

Süjet boyu Kadırovun sağ əlini masanın altında gizlədərək, göstərməməyə çalışması görünür, ancaq hansısa anda hər şeyi unudaraq əlini qaldırır. Bu vaxt onun sağ əlində krater kadra düşüb.

“Novaya qazeta”nın məlumatına görə, süjetdə çeçen lider ağır xəstəliyi ayaq üstə keçirmiş şəxs təsiri bağışlayıb: Onun üzü solğun və şiş olub. Arıqlamış dövlət başçısında həmçinin təngənəfəslik və zəilik müşahidə edilib.

//oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru