COVİD -19 Rusiyanı çökdürür - RƏQƏMLƏR BƏDBİNLİYƏ SƏBƏB OLUB

29-05-2020, 12:14           
COVİD -19 Rusiyanı çökdürür - RƏQƏMLƏR BƏDBİNLİYƏ SƏBƏB OLUB
Aprel ayında Rusiya Federasiyasının ümumdaxili məhsulu 12 faiz azalıb.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, yanvar-fevral aylarında bu göstərici cəmi 1,9 faiz olub. Mart ayının 30-dan elan edilən karantin rejimindən sonra isə iqtisadiyyatdakı geriləmənin həcmi daha da artıb.

Ötən ay ən çox geriləmə iqtisadiyyatın xidmət sektorunda (37,9 faiz) qeydə alınıb. Halbuki mart ayında bu sahədə geriləmə cəmi 5,4 faiz olmuşdu. İqtisadiyyat Nazirliyinin hesabatına görə, geriləmə ikinci rübdə də davam edəcək. İkinci rübdə iqtisadiyyatda 9,5 fazi geriləmə ehtimal olunur.

“Интерфакс”-ın məlumatına görə Mərkəzi Bankın proqnozlarına görə isə Ümumdaxili məhsulda geriləmə 8 faiz olacaq.Ümuilkdə isə ümumdaxili məhsul 2020-ci ildə 4-6 faiz azalacaq.

Xatırladaq ki,”Fitch” Beynəlxalq Reytinq Agentliyi də bir müddət əvvəl Rusiyada 2020-ci ildə ümumdaxili məhsulun 5 faiz azalacağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru