Paşinyan hökumətində kimlərinsə başı “üzüləcək” - Xaçatryan

29-05-2020, 13:45           
Paşinyan hökumətində kimlərinsə başı “üzüləcək” - Xaçatryan
Ermənistanda koronavirusun yayılması ən yüksək həddə çatdı və bu, səriştəsiz hökumət işlərinin nəticəsidir.

KONKRET.az xəbər verir ki, bunu 168.am erməni nəşrinə müsahibəsində Daşnaksutyun partiyasının nümayəndəsi Artur Xaçatryan söyləyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti mənasız kampaniyasını davam etdirir.

“Şok terapiyası keçirməli olduq. İndi sərt karantinə keçməyi doğru hesab edirəm. İnsanlar Nikol Paşinyanı dinləməyi dayandırdılar və bunun səbəbləri var. Ermənilərin həyata keçirmədiyi gözləntilər var idi. Hökumətdəki məyusluğun növbəti səbəbi koronavirusa qarşı təsirsiz mübarizə oldu. Əminəm ki, hökumət bu məsələdə də “günahkarları” tapacaqdır. Həmişə uğursuzluğa uğrayanda kimlərisə tapıb hər şeyi onun boynuna yıxırlar. Hakim komandada istefaların olacağına təəccüblənmərəm” dedi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru