İran qonşusu ilə sərhədləri açır

30-05-2020, 00:09           
İran qonşusu ilə sərhədləri açır
İran qonşu dövlətlə sərhədləri açmaq qərarına gəlib. Söhbət Türkmənistandan gedir.

Bizimyol.info xəbər verir ki, İran iyunun 1-dən Türkmənistanla sərhədləri açacaq. İran Gömrük İdarəsinin mətbuat katibi Seyed Ruhulla Lətifi bu haqda məlumat verib. Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, ticarət əlaqələrinin bərpası üçün tam uyğun vaxtdır. Yəni birinci mərhələdə yalnız yük maşınları sərhədi keçəcək.

Lətifi Əfqanıstanla da sərhədlərin açılması ehtimalından söz açıb. Yaxın günlərdə bu Asiya ölkəsiylə də ticarət əlaqələri bərpa olunacaq. Mətbuat katibi İran-Əfqanıstan-Tacikistan və İran-Əfqanıstan-Özbəkistan tranzit marşrutlarının ölkəsi üçün böyük əhəmiyyətindən danışıb.

İranın Türkmənistan və Əfqanıstandan başqa, Azərbaycanla, Ermənistanla, Türkiyə ilə və Pakistanla quru sərhədləri var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru