Baltik dənizində NATO hərbi blokunun hərbi təlimləri başlanıb.
Cebhe.info xəbər verir ki, təlimlərdə 19 ölkədən 3 min hərbçi, 29 gəmi və 29 təyyarə iştirak edəcək.
Təlimlər 7-16 iyun tarixində keçiriləcək. Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar NATO bu il yalnız dənizdə hərbi manevrləri etməyi nəzərdə tutur.
Hərbi təlimlər zamanı sosial təcrid qaydalarına əməl olunacaq.