Korona Avropanı yenidən vurdu: Rusiya hazırlaşır...

27-06-2020, 00:14           
Korona Avropanı yenidən vurdu: Rusiya hazırlaşır...
Rusiya virusoloqları koronavirusun ikinci dalğasının mümkünlüyü barədə xəbərdarlıq ediblər.

Axar.az xəbər verir ki, mütəxəssislər Avropada hazırda müşahidə olunan dalğanın Rusiyaya iki həftə sonra çatacağını proqnozlaşdırıblar.

Onların sözlərinə görə, əgər insanlar tibbi maskadan istifadə etməsə və sosial məsafəni gözləməsə, koronavirus Rusiyada geniş yayılacaq.

Mütəxəssislər sərhədlərin qapalı olması baxımından virusun xaricdən gəlməsinin mümkün olmadığını, əksinə, ölkə içində insanların qorunmayacağı halda genişlənəcəyini qeyd ediblər.

Bəzi ekspertlər isə ikinci dalğanın payıza doğru yaşanacağını istisna etməyiblər.

Qeyd edək ki, ÜST-ün Avropa təşkilatının rəhbəri Hans Klüqe Avropada koronavirusa yoluxma sayında son bir həftədə ilk dəfə olaraq artım müşahidə edildiyini, artıq 30 Avropa ölkəsində bu narahatlığın yaşandığını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru