Bu görüntülərdən sonra İngiltərədə bir gündə sırf koronavirusdan 186 nəfər öldü - FOTO
27-06-2020, 10:54
İngiltərənin Southend ve Bournemouth çimərliklərində çəkilən kadrlar bütün dünyada, hətta, Azərbaycanda da yayılaraq geniş müzakirələrə səbəb olmuşdu. 43 mindən çox vətəndaşı koronavirusdan ölən ölkənin çimərliyindəki "mənzərə" birmənalı qarşılanmamışdı.
Milli.Az Coronavirus.data.gov.uk-a istinadla xəbər verir ki, Birləşmiş Krallıqda ötən gün 1006 nəfərdə Covid-19 aşkarlanıb, bir sutka ərzində 186 nəfər sırf koronavirus səbəbindən dünyasını dəyişib.
Xəstəliyin simptomlarının bir həftə, bəzən də daha çox müddət sonra özünü göstərməsini nəzərə alsaq növbəti həftələrdə bu rəqəmlər 3 dəfəyə qədər arta bilər.
Qeyd edək ki, Birləşmiş Krallıq koronavirusa yoluxanların sayına görə beşinci, ölənlərin sayına görə isə üçüncü yerdədir.
Məlumat üçün bildirək ki, koronavirus infeksiyası ötən ilin noyabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.