ABŞ məhkəməsindən Trampı əsəbiləşdirəcək qərar

27-06-2020, 12:03           
ABŞ məhkəməsindən Trampı əsəbiləşdirəcək qərar
ABŞ-ın Kaliforniya ştatının Apelyasiya Məhkəməsi prezident Donald Trampın qanunsuz miqrantların ölkəyə girişinin qarşısının alınması məqsədilə Meksika ilə sərhədə divar hörülməsi üçün Pentaqon büdcəsindən 3,8 milyard dollar ayrılmasıan dair qərarının qeyri-qanuni olduğuna hökm edib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, nəticədə köçürülmənin dayandırılmasına qərar verilib. Məhkəmə büdcədən Pentaqon üçün ayrılmış vəsaitin digər məqsədlər üçün nəzərdə tutulduğunu açıqlayıb. Həmçinin bildirilib ki, bu miqdarda transfer üçün Xəzinə Departamentindən xüsusi icazə alınmalıdır və bu baxımdan Prezidentin qərarı qeyri-qanunidir.

Qeyd edək ki, Donald Tramp Meksika ilə sərhədə divar hörülməsi üçün 5,7 milyard dollar əlavə büdcə təsis edilməsi üçün Konqresə müraciət etmiş, lakin Senat bu təklifə rədd cavabı vermişdi. Bundan sonra Ağ Ev rəhbəri Pentaqon üçün ayrılan büdcədən 3,8 milyard dolların bu işə ayrılması barədə qərar vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru