Xəstəliklərin qarşısını alacaq yeni metod tapıldı

27-06-2020, 13:38           
Xəstəliklərin qarşısını alacaq yeni metod tapıldı
Yapon alimləri bir sıra yayılan xəstəliklərin yaranmadan öncə qarşısını almaq üçün tədqiqat işləri aparıblar və nəticədə xəstəliyin yaranmazdan 3 il öncə öyrənilməsinin dəqiq metodunu tapıblar.

Cebhe.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bu metodu Xirosaki və Kioto universitetlərinin mütəxəssisləri tapıblar. Onlar təxminən 20 xəstəliyin: diabet, arterioskleroz, hipertoniya, xroniki böyrək çatışmazlığı, osteoporoz, ürəyin işemik xəstəlikləri və digər xəstəliklərin yaranmazdan öncə dəqiq metodunu işləyib hazırlayıblar.

Bu metod süni intellektin köməyilə öyrənilib.

Yapon alimlərinin fikrincə, bu metodun tətbiqindən sonra, insanlarda həmin xəstəliklərin qarşısının alınması üçün müəyyən addımlar atılacaq və buna həmin insanların həyat tərzinin dəyişdirilməsi ilə başlanılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru