Məşhur şirkətin milyoner direktoru məktub yazdı və özünü öldürdü

27-06-2020, 13:57           
Məşhur şirkətin milyoner direktoru məktub yazdı və özünü öldürdü
Moskvada “Pioner” tikinti şirkətinin direktoru Andrey Qrudin öz ofisində intihar edib.

Axar.az xəbər verir ki, hüquq-mühafizə orqanları Qrudinin ölümündən öncə yazdığı məktubu tapıb.

“Xahiş edirəm, məni bağışlayın, heç kəs günahkar deyil”, - məktubda bildirilib.

Onun niyə intihar etdiyi məlum deyil.

Qeyd edilir ki, 1969-cu il təvəllüdlü Andrey Qrudinin iki ali təhsili var. 2001-ci ilə qədər Rusiyanın ən böyük tikinti materialları şirkətlərindən birinə rəhbərlik edib.

2001-ci ildə Leonid Maksimovla birgə “Pioner”i yaradıb. “Pioner” Moskvada və Sankt-Peterburqda yaşayış binalarının tikintisi ilə məşğul olur.

Şirkətin aktivlərinin dəyəri 60,6 milyard rubldur. Ötən il dövriyyəsi 40 milyard, təmiz gəliri isə 7,6 milyard rubl olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru